Separatçılar İŞİD-i QİSASLA hədələdi
Bizi izləyin

Dünya

Separatçılar İŞİD-i QİSASLA hədələdi

Korsikanın azad edilməsi Milli Cəbhəsi (NFOK) qruplaşması İŞİD terror təşkilatını hədələyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qruplaşma Korsika adasında terror aktlarının törədiləcəyi halda, İŞİD-dən amansız qisas alınacağını bildirib.

Korsikalılar tərəfindən yayılmış videomüraciətdə deyilir ki, onlar heç bir vicdan əzabı çəkmədən islam radikallarını məhv edəcəklər.

NFOK-un bəyanatında deyilir ki, İŞİD-in döyüşçüləri hər yerdə öz nizamını qurmaq istəyirlər.

“Siz orta əsrlərin fəlsəfəsini irəli çəkirsiniz və bu, bizim üçün qəbuledilməzdir. Sizin prinsipləriniz yalnız zəifləri bölür, amma korsikalılar güclü xalqdır”, - videomüraciətdə deyilir.

NFOK separatçı gizli təşkilat sayılır. Qruplaşma öz qarşısına Korsikanın tam siyasi müstəqilliyi və ya muxtariyyət hüquqlarının genişləndirilməsini, həmçinin “Korsika xalqı”nın tanınmasını (Fransa qanunlarına görə ölkənin bütün vətəndaşları fransız hesab edilirlər) məqsəd kimi qoyub. Qruplaşma qaçaqmalçılıq, narkotik ticarəti və silahlı basqınlardan əldə edilən gəlirlər hesabına maliyyələşir. 1976-cı ildə aktiv fəaliyyətə başlayan NFOK yaxın vaxtlarda silahlı mübarizəni dayandırmağa və Fransanın mərkəzi hakimiyyəti ilə danışıqlara hazır olduğunu bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm