Gülənlə PKK-nın əlaqəsi ORTAYA ÇIXDI: Terrorçu polislər
Bizi izləyin

Dünya

Gülənlə PKK-nın əlaqəsi ORTAYA ÇIXDI: Terrorçu polislər

Fətullah Gülən təşkilatının PKK ilə şok əlaqələri ortaya çıxıb.

Publika.az xəbər verir ki, Gülən camaatına daxil olan polis və prokurorlar KCK-nin (Kürd İcmaları Şurası) PKK ilə əlaqəsi olan minlərlə üzvünü həbs edərək, onları Pensilvaniya ilə əlaqələr qurmağa məcbur edib.

DTK-nın (Demokratik Toplum Konseyi) sədri Ahmet Türkün 2013-cü ilin mayında ABŞ-a səfəri zamanı gizli şəkildə Pensilvaniyaya gedərək, Fətullah Gülənlə görüşdüyü deyilir. Bu görüşdən sonra tərəflər gizli şəkildə ittifaq qurub.

Nəticədə PKK-ya qarşı əməliyyatlar haqda məlumatlar camaata yaxın polis və hərbiçilər tərəfindən terror təşkilatına ötürülüb. Həmçinin, PKK bu məlumatlar əsasında polis və hərbiçilərə daha asanlıqla tələ qura bilib.

Bununla yanaşı, Gülən camaatına bağlı polislər “Mobese” kameralarını təmizləyərək, PKK-nın şəhərlərdə hücumlar təşkil etməsinə şərait yaradıblar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm