Qırmızı.az
Ali təhsili olmayanlar işdən çıxarılacaq?
Azərbaycanda bəzi rayon teatrlarının və mədəniyyət mərkəzlərinin işçilərinə ali təhsili olmayanların işdən azad ediləcəyi barədə xəbərdarlıq edilib.
Bu barədə Publika.az-a daxil olan məlumatda bildirilir ki, ali təhsili olmayan şəxslərə verilmiş fəxri adlar da geri alınacaq. Məlumata görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. Bu dəyişikliklə bağlı artıq xüsusi əmrin olduğu da bildirilir.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən açıqlamada məlumat təkzib olunub və belə bir qərarın olmadığı bildirilib.
“Teatr və mədəniyyət mərkəzlərində ali və orta təhsilli şəxslər işləyə bilər. Bu müəssisələrdə yalnız ali təhsilli şəxslərin işləyəcəyi ilə bağlı hər hansı qərar yoxdur. Bildirmək istərdik ki, teatrlarda bəzi vəzifələrə- direktor, baş mühasib və s. təyinat nazirlik tərəfindən aparılır. Digər əməkdaşlar isə direktor tərəfindən işə qəbul və azad edilə bilər. İşdən azad edilərkən qanunvericiliyin tələbləri, Əmək Məcəlləsi əsas götürülür”.
Gülxar
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB