Misirdən Türkiyəni sarsıdacaq ADDIM: Gülənə...
Bizi izləyin

Dünya

Misirdən Türkiyəni sarsıdacaq ADDIM: Gülənə...

Misir hökuməti hazırda ABŞ-da yaşayan Fətullah Gülənə sığınacaq verməyə hazır olduğunu açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misirin “MENA” agentliyi məlumat yayıb.

Məlumata görə, Misirin baş naziri Şərif İsmayıl Fətullah Gülənə sığınacaq verməyə hazır olduqlarını bəyan edib.

Baş nazir deyib ki, əgər Fətullah Gülənə sığınacaq üçün Misirə müraciət edərsə, onun bu təklifi dəyərləndiriləcək: “Hələlik Fətullah Gülən sığınacaq almaq üçün bizə müraciət etməyib. Belə bir müraciət olarsa, bunu dəyərləndirib müsbət qərar verəcəyik”.

Xatırladaq ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Fətullah Gülənin ekstradisiya edilməsi üçün ABŞ-a müraciət etdiyini bildirib. Eyni zamanda B.Bozdağ Fətullah Gülənə sığınacaq verə bilən ölkələrin adlarını da açıqlayıb. Həmin ölkələr Avstraliya, Meksika, Kanada, Cənubi Afrika və Misir dövlətləridir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm