Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisinə 5,9 milyon manat ayrıldı
Bizi izləyin

Nida.az

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisinə 5,9 milyon manat ayrıldı

Prezident İlham Əliyev Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, yetmiş iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyi və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm