Pokemon Go sağlamlığınızı qoruyur!
Bizi izləyin

Bilgi.az

Pokemon Go sağlamlığınızı qoruyur!

Pokemon Go ilə əlaqədar xəbərlər hər gün daha çox artır. Son xəbər isə "Akdeniz Üniversitesi Kardiyoloji"nin həkimi Hüseyin Yılmazdan gəldi. Yılmaz, Pokemon Go ilə birlikdə ürək damar xəstəliklərinin riskinin azalacağını bildirdi.

Pokemon Go oyununun çıxması hələ qısa bir müddət olmasına baxmayaraq, küçələr oyunçularla dolub-daşdı. Sağlamlıq mütəxəssisləri Pokemon Go ilə əlaqədar danışarkən ilk dəfə bir oyunun sağlamlıq baxımından faydalı olduğunu dilə gətirdi. Oyunu oynayan şəxslərin hər gün kilometrlərlə yol qət etdiyi deyildi. Beləcə piylənmə və ürək-damar xəstəlikləri kimi bir çox xəstəliyin önünə keçilir.

"Akdeniz Üniversitesi Kardiyoloji"nin həkimi Hüseyin Yılmaz deyir ki, Pokemon Go ilə əlaqədar olaraq, "Oyun vərdişi olan şəxslərin bu günə qədər ciddi sağlamlıq problemləri ilə qarşı-qarşıya olduqları bilinirdi. Ancaq son günlərdə bütün dünyada rekord qıran Pokemon Go sayəsində insanlar idman vərdişi qazanmağa başladılar. Gün boyunca bu oyunu oynayan şəxslər kilometrlərcə yol qət etmiş olurlar.

Həkim deyir ki, beləcə, son illərdə artım göstərən ürək-damar xəstəlikləri ilə birlikdə piylənmə riski də böyük nisbətdə azalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm