Bilgi.az
Buddanın sümükləri tapıldı - FOTO
Arxeoloqlar qazıntılar zamanı min illik buddist məbədi tapıblar. İşin maraqlı tərəfi odur ki, bu yeraltı məbəddə tapılan sandığın içindən çıxan sümüklərin Buddanın kəllə sümükləri ola biləcəyi düşünülür.
1.2 metr uzunluğundakı bu miniatür türbə Çinin Nankin şəhərində
ortaya çıxıb.
Min illik buddist məbədinin qalıqları arasında tapılan bu türbənin
gözə dəyən ilk özəlliyi həddindən artıq bəzəkli olmasıdır. 1.2 metr
uzunluğundakı türbə səndəl ağacı, gümüş və qızıldan hazırlanmış,
üstü kristal, şüşə, göy daşlarla bəzənmişdir. Türbənin içində isə
qızıldan hazırlanmış bir sandığın içində kəllə sümüyünün parçaları
tapılıb.
Bu qızıl sandığın üstü isə lotus naxışları ilə, simurq və qılınc
qurşanmış Tanrı təsvirləri ilə bəzədilib.
Bu qızıl sandıq buddist mifologiyasında buludlarda və suda
yaşadığına inanılan mələklərin (Aspara) musiqi aləti ifa edən
fiqurları ilə bəzədilərək daha böyük bir gümüş sandığın içinə
yerləşdirilib. Bu iki sandıq da yarımkürə formasında miniatür
türbənin, buddistlərin "stupa" adını verdikləri sahənin içindədir.
Buddist inancında stupalar qədim buddist rahiblərinin sümüklərinin
ya da müxtəlif xatirələrinin tapıldığı, meditasiya etmək üçün
istifadə etdikləri məkanlardır.
Bir vaxtlar "Grand Baonun məbədi" olaraq bilinən bu məkanda kəllə
sümüklərinin qorunması üçün əməlli-başlı səy göstərilib.
Bu gümüş qutu da bir başqa gümüş qutunun içinə qoyulub və hamısı
bir yerdə daşdan düzəldilmiş bir abidənin içinə yerləşdirilib. Bəs
bu sümüklərin Buddaya aid olması nə qədər həqiqətdir?
Kəllənin yan tərəfindən alınan bu sümük başqa bir çox buddist
rahibin məzarının tapıldığı məbəddə qorunub və Deming adlı bir adam
tərəfindən sandığın nə vaxt yaradıldığı və sümüyün həqiqətən də
Buddaya aid olduğunu bildirən bir kitabə da yerləşdirilib.
Kitabədə yazılanlara görə, bu türbə imperator Zenzongun hökm
sürdüyü vaxtlarda, 997-1002 illər arasında inşa edilmiş və
müharibələr nəticəsində yıxılana qədər bir başqa məbəddə mühafizə
edilmişdir. Bundan sonra isə, 1011-ci ildə daha yaxşı qorunması
üçün bu məbədə yerləşdirilib.
Demingin kitabəsində eyni zamanda məbədin hazırlanması üçün
imperatorun necə razı salındığı və Buddanın sümüklərinin necə əldə
edildiyi də yazılır.
Sandığın üzərində Buddanın doğulduğu gündən nirvanaya çatdığı və
öldüyü günə qədər həyatını göstərən miniatürlər təsvir olunub.
Buddist inancına görə, bu ölümdən sonra Budda bir də təkrar
doğulmayıb.
Tədqiqatçılar bu sümüklərin həqiqətən də Buddaya aid
olub-olmadığını dəqiq bilmirlər.
Bu qalıqlar Nankin Arxeologiya İnstitutunun tədqiqatçıları
tərəfindən 2008-ci ildə tapılıb və 2012-ci ildə Honq-Konqda
sərgilənib. Qərb mediası isə bu hadisəni bir ingilis jurnalistin
yazdığı məqalə ilə tanıyıb.
Demingin kitabəsində yer alan digər maraqlı bilgilər aşağıdakı
şəkildədir:
"Budda həyat-ölüm həlqəsini qırdığında bədəni Hindistanda
Hirannavati çayının yanında yandırıldı. O zamanlar Hindistanda
hökmdarlıq edən kral Aşoka Buddanın sümüklərini qorumağa qərar
verir və cəmi 84 min parça sümük əldə edilir. Ölkəmiz Çin isə bu
kəllə sümüyü də daxil olmaqla parçalardan 19 dənəsinə sahib
olur".
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...