Dünya
Türkiyə Silahlı Qüvvələrinin yeni tərkibi təsdiq edildi
Türkiyə Ali Hərbi Şurasının iclasında qəbul olunan
qərarlar dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq
edildikdən sonra ictimaiyyətə açıqlanıb.
Türkiyə Silahlı Qüvvələrinin yenidən təşkilatlanması ilə əlaqədar
açıqlama verən Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın diqqətə
çatdırıb ki, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar,
Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak, Dəniz
Qüvvələri komandanı, ordu generalı Rəcəb Bülent Bostanoğlu və Hava
Qüvvələri Komandanı, ordu generalı Abidin Ünal vəzifələrinin
icrasına davam edəcəklər. Ordu generalları Yaşar Gülər və Ümid
Dündar müvafiq olaraq Jandarma Qüvvələri komandanı və Baş qərargah
rəisinin müavini vəzifələrinə təyin olunublar.
Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının Baş naziridir.
Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.
Qeyd edək ki, iyulun 28-də Türkiyənin Baş naziri Binəli Yıldırımın
sədrliyi ilə Ankarada, Çankaya sarayında keçirilən Ali Hərbi
Şuranın 5 saat davam edən iclasında mühüm qərarlar qəbul olunub.
İclasda dövlət çevrilişinə cəhd, Silahlı Qüvvələrə yeni təyinatlar,
güc strukturlarında islahatlar və digər məsələlər müzakirə
edilib.
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi