“Bu, Putindən Poroşenkoya mesaj idi”
Bizi izləyin

Dünya

“Bu, Putindən Poroşenkoya mesaj idi”

“Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabovun vəzifəsindən çıxarılması Ukrayna prezidenti Pyotr Poroşenko üçün mesaj idi”.

Publika.az xəbər verir ki, bunu Kiyev Siyasi Tədqiqatlar və Konfliktologiya Mərkəzinin direktoru Mixail Poqrebinski “RİA-Novosti” agentliyinə deyib.

“Bu Pyotr Poroşenkoya siqnaldır ki, indi onunla yalnız formal şəkildə danışacaqlar. Düşünürəm ki, bu, onun üçün pis mesajdır", - Poqrebinski hesab edir.

Ekspertin məlumatına görə, Zurabov dostluq münasibətlərinin sayəsində Ukrayna dövlətinin başçısı ilə qeyri-formal əlaqələri dəstəkləyə bilirdi. O, bundan sonra sözügedən əlaqələrin olmayacağını qeyd edib.

Poqrebinski bildirib ki, Zurabovun səfir vəzifəsindən çıxarılması Rusiyanın Ukrayna siyasətində dəyişikliyə gətirib çıxarmayacaq, yalnız diplomatik münasibətlərdə üslub dəyişəcək.

Qeyd edək ki, prezident Vladimir Putin bu gün Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabovu vəzifəsindən azad edib. Sergey Toropov Rusiyanın Ukraynada müvəqqəti işlər vəkili təyin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm