Sanksiyalardan III Dünya Müharibəsinə?
Bizi izləyin

Dünya

Sanksiyalardan III Dünya Müharibəsinə?

“Tarixdən öyrənmək olar ki, hər hansı dövlətə qarşı sanksiyalar, bir qayda olaraq effektə malik deyil və bəzən hətta onu tətbiq edənlər üçün çox ciddi nəticələr doğurur”.

Publika.az xəbər verir ki, bunu Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları şərh edən Çexiyanın “Neviditelny pes” nəşri yazıb.

“Hərəkətsiz sanksiyaların tipik nümunəsi kimi Kubanı göstərmək olar. Bu ilin martında Amerika prezidenti Havanada oldu və keçmiş diktatorun (Fidel Kastro – red.) qardaşı ilə görüşdü. Barak Obama öz səfərini iki ölkənin münasibətlərində yeni səhifə adlandırdı”, - nəşr qeyd edib.

Qəzet Şimali Koreyaya qarşı tətbiq olunan sanksiyaların da effekt vermədiyini bildirir: “Diktator və onun silahdaşları yaxşı yaşayırlar, sadə xalq əziyyət çəkir. Şimali Koreyada ehtimal ki, əhali aclıq çəkir. Ancaq bu onun liderinə nüvə başlıqlı raketləri yaratmağa və bütün dünyanı hədələməyə mane olmur”.

Daha bir acı nümunə isə Almaniyadır. “I Dünya Müharibəsində məğlub olan Almaniyaya qarşı sanksiyalar qəbul edildi. Almaniya məğlub olan dövlət olaraq təzminat ödəməli idi. Bu, onsuz da müharibə ilə dağıdılmış iqtisadiyyatı məhv etdi və nəticədə hakimiyyətə Adolf Hitlerin başçılığı ilə nasistlər gəldi. Hamıya məlumdur ki, nasistlər Avropa və dünyanın çox hissəsinə dağıdıcı II Dünya Müharibəsi gətirdi”, -“Neviditelny pes” xatırladıb.

Hazırda Rusiyaya qarşı sanksiyaların qüvvədə olduğunu bildirən nəşr Avropa Birliyinin rəhbərlərinin “baş qəhrəman” olan Birləşmiş Ştatlara gizlicə razılıq verdiyini qeyd edib: “Hərçənd hamıya yaxşı məlumdur ki, bu sanksiyalar mənasızdır və Rusiya tərəfindən verilən cavab ən çox onların şəxsi ölkələrinin iqtisadiyyatına ziyan vurur. Amma onlar bu haqda danışmamağa üstünlük verirlər. Onlar “Biz Putinə göstərəcəyik!” şüarı altında iqtisadi və hərbi planda şərq dövlətini zəiflətməyə və onun siyasi sisteminin stabilliyi pozmağa çalışırlar. Putini Hitlerlə müqayisə edənlər onun istefasını görmək istəyərdilər. Onlar anlamırlar ki, nüvə dövlətinin başçısı olan Rusiya prezidentinin istefası nəyə gətirib çıxara bilər?”

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm