80 milyon illik nəhəng ayaq izləri tapıldı - VİDEO
Bizi izləyin

Bilgi.az

80 milyon illik nəhəng ayaq izləri tapıldı - VİDEO

Cənubi Amerikada yerləşən Boliviyada 1,2 metr genişliyində dinozavr ayaq izi tapılıb.

Axar.az xəbər verir ki, ayaq izlərinin 80 milyon il əvvəl yaşadığı ehtimal edilən Abelizavr dinozavrına aid olduğu deyilir.

Paleontoloq Sebastian Apestequia Abelizavr dinozavrının bir vaxtlar Cənubi Amerikada yaşadığını deyib. O, ayaq izinin Cənubi Amerikada 65 milyon il əvvəl başa çatan Təbaşir dövründən bu vaxta qədər tapılan dinozavr qalıqlarının ən böyüyü olduğunu bildirib.

Cənubi Amerikada yaşayan Abelizavr təxminən 7-10 metr uzunluğunda olan ətyeyən dinozavr olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm