Hadisə
Rövşən Lənkəranskinin ölümündə YENİ İDDİA: Kürdlər güllələyib?
Azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevə (Lənkəranski) qarşı gerçəkləşdirilmiş sui-qəsdin təfərrüatlarına bələd olan mənbənin dediyinə görə, o, avqustun 17-də axşam saatlarında İstanbuldakı otellərdən birində dəstəsinin mənsubları ilə görüş keçirib.
Publika.az xəbər verir ki, bundan sonra Rövşən Lənkəranski oteldən çıxıb və “Range Rover” markalı avtomobilin arxa oturacağına əyləşib. Arxada isə Lənkəranskinin müühafizəçilərinin olduqları maşın vardı.
R.Lənkəranskinin olduğu maşın sürətlə yerindən götürülüb, arxadakı maşın bir qədər geri qalıb. Bu da arxadakı maşında oturmuş adamların həyatını xilas edib.
Qəflətən “Range Rover” gülləbaran olunub. Atəş açanlar ən azı 3 nəfərdilər və onlar maşına irəlidən, yandan, arxadan atəş açırdılar. Sürücü maşını saxlayıb, sonra avtomobil geriyə hərəkət edib, atəş xəttindən çıxıb.
"Rövşən Lənkəranskini qətlə yetirənlər kürdlərdir. Onlar "Ded Xasan"ın güllələnməsinin qisasını almaq istəyirdilər. "Ded Xasan"ın öldürülməsinin təşkilatçısı isə R.Lənkəranski sayılırdı. Türkiyədəki həmin kürdlərə sui-qəsdə razılığı və yaxşı pulu da "qanuni oğrular"ın verdikləri aydındır", - mənbə deyib. (Milli.az)
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı