Qubada 6 otaqlı mülk yandı
Bizi izləyin

Hadisə

Qubada 6 otaqlı mülk yandı

Qubada yanğın hadisəsi qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Qımılqazma kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və ona bitişik ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və çardağına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm