Avtomobil piyadanı vuraraq öldürüb
Bizi izləyin

Hadisə

Avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənd sakini Boris Yusibov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən qohumu, 1964-cü il təvəllüdlü Qabil Rüstəmovu vurub.

Q. Rüstəmov dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını qurtarmaq mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm