Qazaxda kürəkən qayınatasını bıçaqladı
Bizi izləyin

Hadisə

Qazaxda kürəkən qayınatasını bıçaqladı

Qazaxda bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax şəhərində baş verib.

Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1989-cu il təvəllüdlü Elgün Maarif oğlu Kərəmvəliyev mübahisə zəminində qayınatası, Qazax şəhər sakini, 1972-ci il təvəllüdlü Cəmaləddin Xudiyevi bıçaqlayıb.

Yaralı dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm