Hadisə
6 nəfərlik ailə çöldə qaldı - VİDEO
Şabranda bir ailənin 6 üzvü evsiz qalıb. Tacıyevlər ailəsinin yaşadığı ev bu gün səhər baş verən yanğın zamanı əşyaları ilə birlikdə yanıb. Hadisə zamanı ailə üzvləri evdə olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Publika.az Region TV-yə istinadən məlumat verir
ki, bu gün səhər saatlarında Şabran rayonunda güclü yanğın qeydə
alınıb. Hadisə rayonun Gəndov kəndində baş verib. Gəndov kənd
sakini Vahid Tacıyevə məxsus 110 kv.m-lik 5 otaqlı evin 98 kv.m-i
yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə
Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı
qüvvə və texnikası cəlb olunub. Yanğınsöndürənlər evin bir
hissəsini yanğından mühafizə edib və alovun qonşuluqdakı digər
evlərə keçməsinin qarşısını ala biliblər. Xoşbəxtlikdən hadisə
zamanı xəsarət alan olmayıb.
Ev sahiblərinin sözlərinə görə, alovdan heç bir əşyanı xilas edə
bilməyiblər.
Yanğın zamanı ailənin sənədləri və kredit üçün ayrılan pulu
yanıb.
Ev sahibləri yanğının qısaqapanma nəticəsində baş verdiyini bildirirlər. Lakin hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye