“Kral” öldü - VİDEO
Bizi izləyin

Magazin2

“Kral” öldü - VİDEO

Məşhur belçikalı caz ifaçısı Tuts Tilemans 94 yaşında dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, “ağız qarmonunun kralı” sayılan Tuts Tilemans bir ay əvvəl yıxıldığı üçün xəstəxanada müalicə alırdı.

Lakin, geridə qalan 1 ayda həkimlərin bütün cəhdlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

16 yaşında sənətə başlayan Tilemans 28 yaşında ABŞ-a köçüb. O, Amerikada Frenk Sinatra, Oskar Piterson, Kuinsi Con və bir çox məşhur caz ifaçıları ilə birlikdə çalışıb.

1952-ci ildən ABŞ-na köçən Tuts Tilemans sənət karyerasını 2014-cü ildə səhhətində yaranan problemlərlə bağlı bitirib.

Qeyd edək ki, Tilemans həm də gitarada professional ifa edə bilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm