Türkiyə Suriyaya girir?
Bizi izləyin

Dünya

Türkiyə Suriyaya girir?

Türk Silahlı Qüvvələri Suriyanın şimalındakı terror təşkilatı İŞİD və PYD-yə aid hədəfləri toplarla vurub.

Publika.az Türkiyə mediasına istinadən bildirir ki, İŞİD-in nəzarətində olan Suriyanın Cerablus şəhərinən 3 top mərmisnin atılmasından sonra Qaziantəp 5-ci Zirehli Briqada Komadniriliyi terrorçyuların mövqelərini atəşə tutub. Türkiyə Silahlı Qüvvələri Fırtına özüyeriyən tiopları ilə İŞİD-in hədəflərinə zərbələr endirib.

Bəzi mənbələrə görə, Türkiyə İŞİD-in mövqelərinə 12 dəfə zərbə endirib. Bundan başqa PYD-nin nəzarətində olan ərazilər də top atəşinə tutulub.

Hökumətə yaxın mənbənin Röytersə verdiyi məlumata görə, Türkiyə qoşunları Suriyaya girəcək. Mövqelərin atəşə tutulmasdı isə əməliyyat üçün dəhliz yaratmağa xidmət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm