İçkili avtomobil sürən nazir istefa verdi
Bizi izləyin

Dünya

İçkili avtomobil sürən nazir istefa verdi

İsveçin lisey təhsilinin məsul naziri Aida Hadzialic içkili vəziyyətdə sükan arxasında tutulduqdan sonra keçirdiyi mətbuat konfransında "həyatımın ən böyük səhvini etdim" deyərək istefa edib.

Publika.az xəbər verir ki, dünən axşam Danimarkanın paytaxtı Kopenhagendə izlədiyi konsert sonrasında Malmöyə gələrkən yol polisinin keçirdiyi reyd zamanı saxlanılan və qanında spirt təyin isveçli nazir Aida Hadzialic mətbuat konfransı keçirib. O bildirib ki, konsertin əvvəlində iki stəkan şərab içib. Konsert başa çatandan sonra spirtin təsirinin keçmiş ola biləcəyini düşünərək sükan arxasına keçib: "Deməli keçməyib. Bu, indi nəticələrinə dözdüyünüz böyük bir səhv idi. Böyük bir səhvə yol verdiyimi etiraf edir və vəzifəmdə istefa verirəm", - deyə o bildirib.

Qeyd edək ki, Yuqoslaviyada vətəndaş müharibəsi əsnasında ailəsi ilə birlikdə 1992-ci ildə 5 yaşında ikən İsveçə sığınan Bosniya mənşəli Aida Hadzialic 2014-cü ildən bəri Sosial Demokrat Partiyasını təmsil edən koalisiya hökumətində nazirlik edirdi.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm