17 yaşlı nişanlı qız qaçırıldı, yoxsa qoşulub qaçdı? - VİDEO
Bizi izləyin

Qırmızı.az

17 yaşlı nişanlı qız qaçırıldı, yoxsa qoşulub qaçdı? - VİDEO

Cəlilabadda 2 gün əvvəl qaçırılan 17 yaşlı nişanlı qız tapılıb. Məlum olub ki, nişanlı qız bir neçə gün öncə həmkəndlisi ilə öz istəyi ilə qoşularaq qaçıb. Onlar 2 gün Bakı şəhərində qalıblar. Qızın valideynləri isə qızın aldadıldığını iddia edirlər.

Oğlanın atası qoşulub qaçdığını, qızın atası isə oğurlandığını deyir. Söhbət bir neçə gün öncə Cəlilabad rayon Boyaxanlı kəndində 17 yaşlı Sahibə Dadaşovanın evli kişi tərəfindən qaçırılması iddiasından gedir.

Gülbala Musyev deyir ki, burada hər hansı zorakılıq olmayıb. Hətta qız evdən çıxarkən paltarların və metirkasın belə özü ilə götürüb. Lakin qızın valideynləri onun azyaşlı olduğun əsas gətirərək övladlarının aldadıldığını və eləcə də qızın geri qayıtmasını istəyirlər. Oğlanın valideynləri onların evlənmələrinə razıdır.

Ancaq qızın valideynləri bununla heç cür barışmırlar. Buna qızı qaçıran Zaur Musyevin artıq 4 dəfə ailəli olduğu əsas kimi göstərilir

Qeyd edək ki, Sahibə Dadaşovanın 17 yaşı var .O, bu il 11 ci sinfə gedəcəkdir.

Məsələ ilə bağlı Cəlilabad rayon polis şövbəsindən bildirildi ki, fakt araşdırılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm