Yayın dəbli xanımı o seçildi - FOTOLAR
Bizi izləyin

Dəb

Yayın dəbli xanımı o seçildi - FOTOLAR

34 yaşlı Keyt Middlton yayın ən dəbli qadını seçilib.

“Daily Mail”də keçirilən səsvermə zamanı 34 yaşlı Kembric hersoginyası Keyt Middlton yayın ən dəbli xanımı seçilib. Britaniyalı qadınlar Kembric hersoginyasının bənzərsiz və nəfis üslubunu incəlik etalonu hesab edirlər. Belə bir seçim heç kəs üçün gözlənilməz olmayıb. Hər halda, Keytin geyimlərinin trendə çevrilməsi sirr deyil.

2-ci və 3-cü yerlərdə isə Cennifer Eniston və Sienna Miller qərarlaşıb. Daha sonra Cici Hadid və Kendal Jennerin də üslubu yüksək qiymətləndirilib. Yeri gəlmişkən, məhz onların reytinqdəki yerləri təəccüb doğurub. Axı dəbi hamıdan birinci modellər podiumda nümayiş etdirir. Görünür, bütün işi yaşdadır. Modellərin hədsiz populyarlığına baxmayaraq, nə Cici, nə də Kendal Cennifer və Miller kimi ulduz avtoritetləri üstələyə bilmir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm