Ərəblər xərçəngin dərmanını tapdı: dəvə südü və sidiyi
Bizi izləyin

Bilgi.az

Ərəblər xərçəngin dərmanını tapdı: dəvə südü və sidiyi

Ərəb alimləri xərçəngin müalicəsi üçün peraparatın formulunu tapıblar. Dərman dəvə südü və sidiyi əsasında hazırlanır. Xəstəliyin dərmanının tapılması üçün layihə Birləşmiş Ərəb Əmirliyindəki Şardji universitetində 2008-ci ildə başlayıb və Bağdadın xərçəng institutunda uğurla başa çatıb. Yeni preparat Böyük Britaniyanın patent bürosunda ötən ay qeydiyyata alınıb.

Ərəbistanın biotexnik şirkətlərindən birinin əməkdaşı Sahab Çassimanın sözlərinə görə, alimlər dəvənin möhkəm immun sisteminə malik olduğunu aşkar ediblər. Belə ki, o, hər dəfə öz südü və sidiyinin qarışığını içəndə gəncləşir. Bu açılış elmi işçilərin adıçəkilən komponentlər əsasında xərçəngin dərmanını yaratmasına təkan verib.

"Yeni dərmanın tərkibində "ağıllı" hüceyrələr var ki, onlar xərçəng hüceyrəsindəki toksiki maddələri dondurur və heç bir əks effekt göstərmir", deyə S. Çassim bildirib. Onun sözlərinə görə, əldə edilən dərmanın laboratoriya siçanları üzərində testi qan xərçənginin müalicəsində 100 faizlik effektivlik göstərib. Bundan əlavə praparatdan ağciyər, böyrək və süd vəzi xərçəngində də istifadə etmək olar.
İndi qarşıda dərmanın insanlar üzərində kliniki təcrübədən keçirilməsi durur.

Qeyd edək ki, dəvə südü və sidiyi dərmanın hazırlanması üçün təsadüfən seçilməyib. Elmi araşdırmalar göstərib ki, dəvənin sidiyi antibiotik təsirə malikdir, bir sıra xəstəliklərə səbəb olan bakteriyalara, viruslara qarşı effekivdir. Heyvanın südü isə zəngin vitamin və mikroelementlər mənbəyindən əlavə, həm də insan orqanizminə Hepatit C, xərçəng və QİÇS kimi xəstəliklərlə mübarizə aparmağa kömək edən maddələrlə boldur. Dəvənin bu məhsulları vasitəsilə müalicə Məhəmməd Peyğəmbərin (s.ə.s) hədislərində də qeyd edilir. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm