Klintonun BÖYÜK SİRRİ
Bizi izləyin

Dünya

Klintonun BÖYÜK SİRRİ

ABŞ-ın Nyu-York şəhərinin keçmiş bələdiyyə başçısı Rudi Guliani Demokratlar Partiyasından ABŞ prezidentliyə namizəd Hillari Klinton haqqında çox maraqlı bir iddia səsləndirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın “Fox News” kanalına danışan keçmiş bələdiyyə başçısı Demokratlar Partiyasının Klintonun xəstəliyini gizlətmək üçün bütün media dünyasına nəzarət etməyə çalışdığını deyib.

“Tək etməli olduğumuz şey internetə girməkdir. “Hillari Klinton xəstəlik” sözləri ilə axtarış verin və çıxan videolara özünüz baxın. Klintonun xəstəliklərinin əlamətlərini görməyən bütün media imperatorluğu onun əlindədir”, - o, qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm