Bilgi.az
Qazaxda 7 minillik TAPINTI - FOTOLAR
Qazaxda yerləşən Avey Dövlət Mədəniyyət Qoruğunun ərazisində, Damcılı mağarasında aparılan arxeoloji qazıntılar zamanı 7 min il əvvəl neolit dövrünə aid alətlər aşkarlanıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazidə 4 metr dərinliyində qazıntı işləri aparılarkən bu yerin qədim insan məskəni olması bir daha təsdiqlənib. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin neolit dövrünə aid olmasının təsdiqlənməsi üçün Yaponiya laboratoriyalarına göndəriləcək.
Qoruğun direktoru Səadət Əliyeva bildirib ki, bir neçə ildir Tovuzda Göytəpə, Hacıələmxanlı və digər qədim yaşayış məskənlərində arxeoloji qazıntılar aparan yaponiyalı mütəxəssislər Tovuz və Qazaxın yaxın olmasını və buradan tapılan alətlərin daha qədim olduğunu düşünürlər.
Yaponiyalı arxeoloq Yoşihiro Nişiaki Damcılıda arxeoloji qazıntılar zamanı elmə yararlı kifayət qədər materiallar əldə etdiklərini deyib:
"Məqsədimiz ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Qazıntılar zamanı buna nail ola bildik".
Qeyd edək ki, Damcılıda ilkin mərhələdə aparılan qazıntılar yekunlaşıb. Növbəti ildən yapon və yerli arxeoloqlar daha geniş ərazidə tədqiqat işlərinə start verəcəklər.
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?