Dizayn
Bu evin içini görəndə, heyrətdən donacaqsınız - FOTOLAR
Bu evin sahəsi cəmi 78 kvadratmetrdir. Amma onu içəridən görəndə heyrətdən donub qalacaqsınız. Bu ev yüz kvadratmetrlik sahəni daha səmərəli və zövqlə dizayn etmək barədə gözəl nümunədir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu balaca ev Şimali Karolinada yerləşir. Xaricdən o, çox balaca və isti yuva kimi görünür. Balaca, qəribə, heyrətamiz harmonik ev meşədə dağda tikilib. İnanmaq çətin olsa da, evin sahəsi 78 kv.m-dir. Buna baxmayaraq, 4 nəfərlik ailənin rahat yaşaması üçün tam təchiz edilib.
Birinci mərtəbədə rahat salon, kiçik buxarı və bir küncdə balaca mətbəx düzəldilib. İkinci mərtəbəyə orijinal pilləkənlərlə qalxırsan. Yuxarı mərtəbə dəhliz, iki otaq və hamamdan ibarətdir. Vanna otağı taxta ev üslubunda tərtib olunub. Uşaq otağı isə hər bir uşağı heyrətləndirməyə qadirdir. Çarpayının ikimərtəbəli maraqlı dizaynı Robin Qudun evini xatırladır.
Qonaqları balkonda barbekü və cakuzi gözləyir. Bir sözlə, bu evdə hər bir ailənin gözəl və rahat istirahət üçün nə lazımdırsa, tapmaq olar. Əlbəttə, bu ev daimi yaşayış üçün nəzərdə tutulmayıb, amma istirahət üçün əsl cənnət guşəsidir. Axı evdə otaqların sayı və genişliyi deyil, onun dizaynı və xoş atmosferin olması daha önəmlidir.
Aytən
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!