Yazıçılar Birliyində 5 rəfiqə hansı şairin sevgilisidir? - RƏYLƏR
Bizi izləyin

Magazin1

Yazıçılar Birliyində 5 rəfiqə hansı şairin sevgilisidir? - RƏYLƏR

Ötən həftə "Bildirçin"in qonağı olan şairə Nəzmiyyə Hicran Yazıçılar Birliyini topa tutmuşdu. Yazıçıların ac olduqları üçün hər fürsətdə ondan-bundan borc istəmələrindən, yazmaq bacarığı olmayanların ona-buna şeir yazdırıb şair olmasına qədər bir çox qalmaqallı mövzulara toxunan şairənin beş ən yaxın rəfiqənin bir kişi ilə sevgili olduğu barədə açıqlaması hər kəsi şok etmişdi.

Publika.az olaraq Yazıçılar Birliyinə üzv yazarlarımızla söhbət edərək bu məsələni aydınlaşdırmağa çalışıb. Mövzu ilə bağlı danışan yazarların fikirlərini təqdim edirik.

Fərqanə Mehdiyeva bu açıqlamanı qeyri-ciddi hesab edib: "Necə yəni, elə şey olar?! Biz hansı cəmiyyətdə yaşayırıq? Onu deyən adam ciddi qələm sahibi deyil. İndi hər şeir yazana şair demək də düzgün deyil. Bunu ancaq hansısa şairciklər deyə bilər. O ki qaldı, kiminsə kimə şeir yazması məsələsinə, mən, Yazıçılar Birliyində belə bir hala nə şahid olmuşam, nə də eşitmişəm".

Qəşəm Nəcəfzadə Yazıçılar Birliyində belə bir halın olmadığını deyib: "Bu fikrin özü də boş, mənasız bir şeydir. Bəziləri sensasiya xətrinə belə şeylər uydurur".

Şairə Nuranə Nur isə həmkarının ittihamına ironiya ilə cavab verib: "Beş qadın olmaz, iki qadın olar bəlkə (gülür). Yazıçılar Birliyində belə bir hal olsa, yəqin ki, onu birinci mən eşitmiş olardım. Bu söhbətlər hardan yaranır, inanın təəccüb edirəm. Orada ümumiyyətlə, beş rəfiqə qadın yoxdur. Maksimum üç qadın bir-biriylə rəfiqə olar. Ən çox sevilən kişi Çingiz Abdullayevdir, o da hamı tərəfindən sevilir. Ola bilər ki, onu beş yox, on beş qadın sevsin (gülür)".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm