Lənkəraniskinin cənazəsini Mənsimovun təyyarəsi gətirməyib – AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Lənkəraniskinin cənazəsini Mənsimovun təyyarəsi gətirməyib – AÇIQLAMA

Yayılan xəbərə aydınlıq gətirilməsi üçün Bizimyol.info saytı AZAL-ın birinci vitse prezidenti Sabir İlyasovla əlaqə saxlayıb

Bir neçə gündür bir sıra KİV-də sosial şəbəkələrdə Avqustun 18-i gecə saatlarında Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsinin Azərbaycana gətirilməsidə Lənkəranlı iş adamı Mübariz Mənsimovun təyyarəsindən istifadə edilməsi xəbərləri yayılıb.

Yayılan xəbərə aydınlıq gətirilməsi üçün Bizimyol.info saytı AZAL-ın birinci vitse prezidenti Sabir İlyasovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında Rövşən Canıyevin cənazəsinin Azərbaycana gətirilməsində nə Mübariz Mənsimovun, nə də AZAL-ın təyyarəsindən istifadə edilməsi xəbərinin doğru olmadığını bildirib.

“Türkiyədə təcili tibbi yardım tipli təyyarələr var. Onun cənazəsi də Azərbaycana Türkiyədən icarəyə götürülmüş təcili tibbi yardım təyyarəsi ilə gətirilib.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm