Dünya
5 günlük su və 10 günlük qida tədarük edin - XƏBƏRDARLIQ
Almaniya hökuməti "soyuq müharibə"nin başa çatmasından bəri ilk dəfə vətəndaşlarına, ölkədə fövqəladə vəziyyət zamanı üçün su və qida tədarük etmələrini məsləhət görüb.
Bu xəbərdarlıq Almaniya Daxili İşlər Nazirliyinin hazırladığı yeni mülki müdafiə planında əksini tapıb.
Yeni mülki müdafiə planında fövqəladə vəziyyətlərdə xilasetmə qruplarının hər yerə çata bilməməsi ehtimalına qarşı, vətəndaşların özlərinə 5 gün çatacaq qədər su və 10 gün çatacaq qədər qida saxlamaları tövsiyə edilib.
Sənəddə Almaniya sərhədlərində bir hücum ehtimalının olmadığı, yenə də ölkənin təhlükəsizliyini təhdid edə biləcək halların gözardı edilə bilməyəcəyi deyilib. Bu səbəbdən də yeni bir mülki müdafiə planının lazımlı olduğu söylənilib.
Yeni plan çərşənbə günü hökumətə təqdim ediləcək. Yaşıllar Partiyasından olan deputat Konstantin von Notz mülki müdafiə planının 1995-ci ildən bu yana yenilənmədiyini, ona görə də bunun məntiqli olduğunu bildirib. (sputnik)
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO