Neftçalada avtomobil dərəyə yuvarlandı - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Neftçalada avtomobil dərəyə yuvarlandı - FOTO/VİDEO

Neftçalada avtomobil dərəyə yuvarlanıb.

Publika.az
Region TV-yə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndinin ərazisindən keçən hissəsində baş verib. Bakı sakini, 47 yaşlı Şahin İsmayılov avtomobillə hərəkətdə olarkən yolun döngə hissəsində idarəetməni itirib. Nəticədə avtomobil aşaraq yoldan 50 metr kənara düşüb.

Sürücü xəsarət alıb.Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasina çatdırılıb və ona yardım göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm