İdman
Məşhur ulduz özünə fond açdı – TƏQVİMƏ DÜŞDÜ - FOTOLAR
Basketbol dünyasının əfsanələrindən biri Kobi Brayant karyerasını bitirəndən sonra bekar qalmaq fikrində deyil.
Publika.az xəbər verir ki, sabiq basketbolçu yeni investisiya fondu yaradıb. 100 milyon dollar büdcəsi olan fond mediakommunikasiya, texnologiya və informasiya ilə əlaqədar şirkətlərə dəstək verəcək.
Bu işdə onun tərəfdaşı məşhur investor Ceff Stibel olub. Elə bu səbəbdən fondun adı “Brayant Stibel” qoyulub. Yeni açılan fond artıq aralarında məşhur brendlər də olan 15 şirkətin hesabına maliyyə yatırıb.
Kobiylə bağlı daha bir xəbər var. Belə ki, Los-Anceles şəhərinin rəhbərliyi avqustun 24-nü Kobi Brayant günü kimi elan edib. Niyə məhz 24? Ulduz basketbolçu vaxtilə “Los-Anceles Leykers”də məhz 24 və 8 nömrəli formanı geyinib.
37 yaşlı “Mamba” 20 illik karyerasını ötən mövsüm başa vurub. Bütün karyerasını “Leykers”də keçirən Kobi 5 qat MBA çempionudur (2000, 2001, 2002, 2009, 2010). O, ardıcıl 18 dəfə MBA ulduzlarının görüşündə iştirak edib, 4 dəfə bu oyunların ən yaxşısı seçilib. ABŞ millisinin heyətində ikiqat Olimpiya çempionudur (2008, 2012).
Pərviz Hikmət
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO