Şamanlar 6 saat ruhlarla... - VİDEO
Bizi izləyin

Paranormal

Şamanlar 6 saat ruhlarla... - VİDEO

İrkutsk vilayətinə torpaqdan əmin-amanlıq və xeyir-dua istəyən şamanlar gəlib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Prianqariya və Buryatiyanın müxtəlif guşələrindən şamanlar doğma torpaqdan xeyir-dua almağa gəlib. Şamanlar İrkutsk vilayətində Taylaqan ayinini həyata keçirib. Onlar Allahlar və mərasiminin keçirilməsi üçün özü ilə birlikdə müxtəlif hədiyyələr gətirib.

İrkutsk sahibinin könlünü ələ almaq və regionun böyük havadarlarını öz tərəfinə çəkmək üçün şamanlar özü ilə hədiyyələr - konfet, peçenye, süd, qara qoyun cəmdəyi və gənc tozağacı gətirib. Ağaclar meşədə axtarılır və duaları ilə çıxardılır.

Məşhur şaman Aleksey Xamayev bildirib ki, "Ağcaqayınlar müəyyən meşələrdən dua oxunaraq çıxarıdılıb. Xüsusi qaydada ucaldılır və boy-budaq atır. Ağ-göy lentlər gümüş deməkdir. Qırmızı-sarı isə qızıl deməkdir".

Şaman ayinin iştirakçılarından biri bildirib ki, camaat qırmızı lent ayininin həyata keçirilməsini böyük maraqla izləyir. Onun sözlərinə görə, dini ayində iştirak etmək istəyənlərin sayı ilbəil artır.

Şaman ayini iştirakçısı Vladimir Başinov isə ayinlərin daha əhatəli keçirildiyini vurğulayıb. O, üç il əvvəl ayin iştirakçılarının 18 nəfər olduğunu deyib. İndi isə maraq göstərənlərin çoxaldığını bildirib.

Qeyd edək ki, ibadət ayini altı saat ərzində həyata keçirilir. Bütün bu müddətdə günəşin yandırıcı şüaları altında şamanlar hər bir sakininin rifahı üçün ayrı-ayrılıqda və ümumilikdə bütün region üçün xeyir-dua arzulayır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm