Kremldən Ukraynanın Müstəqillik Gününə “hədiyyə”
Bizi izləyin

Dünya

Kremldən Ukraynanın Müstəqillik Gününə “hədiyyə”

Rusiyanın İstintaq Komitəsi Ukraynanın müdafiə naziri Stepan Poltorak və Ukrayna ordusunun bir sıra yüksəkvəzifəli nümayəndələri barəsində cinayət işi qaldırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İstintaq Komitəsinin xəbərində deyilir.

Ukraynanın yüksək vəzifəli hərbi şəxsləri mülki əhali barəsində qeyri-qanuni hərəkətlərdə və qadağan edilmiş vasitələrin tətbiqində ittiham olunur.

Barəsində cinayət işi qaldırılan şəxslərin siyahısına müdafiə nazirindən başqa, Ukrayna Müdafiə Nazirliyinin Baş qərargahının müdiri Viktor Mujenko, quru qoşunlarının keçmiş komandiri Anatoli Puşnyakov, quru qoşunlarının komandiri Sergey Popko, Ukrayna Milli Qvardiyasının komandanı Yuri Allerov daxildir.

İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin daha əvvəl bildirib ki, araşdırma Kiyevin mövqeyinə görə daha da çətinləşir. O, müstəntiqlərin sorğularına cavab verilmədiyini bildirib.

Xatırladaq ki, avqustun 22-də Ukraynanın baş prokurorluğu Rusiyanın 18 yüksək vəzifəli hərbi məmuru barəsində axtarış elan edib. Ukraynanın baş prokuroru Yuri Lusenko mətbuat konfransında bildirib ki, onlar terror qrupunun yaradılması, müharibə təbliğatı, həmçinin təcavüzkar müharibənin aparılmasında ittiham olunur.

Şübhəlilər arasında Rusiyanın müdafiə naziri, onun iki müavini və Rusiya Silahlı qüvvələrinin daha on generalının adı var.

Qeyd edək ki, bu gün Ukrayna müstəqilliyinin 25-ci ildönümünü qeyd edir. Ukrayna ordusunun bir sıra yüksəkvəzifəli nümayəndələri barəsində cinayət işinin bu gün qaldırılması təsadüf sayıla bilməz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm