Əri məşhur aktrisanı buna görə atdı - FOTOLAR
Bizi izləyin

Magazin2

Əri məşhur aktrisanı buna görə atdı - FOTOLAR

Argentinalı məşhur aktrisa Lorena Maritano süd vəzi xərçənginə tutulduqdan sonra əri onu tərk edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddət ağır xəstəliklə mübarizə aparan 45 yaşlı aktrisanın iki sinəsi və yumurtalıqları əməliyyatla götürülüb. Aktrisa ağır xəstəliklə 2 ilə yaxın mübarizədən sonra xərçəngə qalib gəlib. Lakin aktrisanın iki sinəsi də əməliyyat olunduqdan sonra həyat yoldaşı ondan boşanmğa qərar verib. Buna baxmayaraq, aktrisa özünü hələ də güclü hesab etdiyini deyib: “Çoxları kimi mən də çətinliklərlə üzləşirəm və gücümlə fəxr edirəm”.

Bir vaxtlar Argentinanın ən cazibədar aktrisası adlandırılan Lorena xəstəliyə qalib gəlsə də, tanınmaz hala düşüb. Onun əvvəlki gözəlliyindən isə əsər-əlamət qalmayıb.

Qeyd edək ki, Lorena çılpaq və çapıq izi olan sinəsinin fotosunu instaqram səhifəsində paylaşıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm