Poroşenko: “Bu, Rusiyaya siqnaldır ki...”
Bizi izləyin

Dünya

Poroşenko: “Bu, Rusiyaya siqnaldır ki...”

“Kiyevdə keçirilən hərbi parad Rusiyaya siqnalıdır ki, ukraynalılar öz müstəqilliyi üçün mübarizə aparmağa hazırdır”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevdə keçirilən hərbi paradda çıxışı zamanı deyib.

“Bizim paradımız düşmənə siqnaldır ki, ukraynalılar öz müstəqilliyi üçün mübarizə aparmağa hazırdır. Cəbhəyə hərbi komissarlıqlar vasitəsilə 300 min insan gəlib”, - dövlət başçısı bildirib.

Poroşenko hesab edir ki, xarici təhdid müasir Ukrayna siyasi millətinin formalaşması prosesini sürətləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm