İdman
Paralimpiyaçılar Rio-ya daha 3 lisenziya qazandılar
Ötən gün İdman Arbitraj Məhkəməsi Rysiya yığmasının Rio-2016 paralimpiya oyunlarında iştirak etməyəcəyi barədə qərar qəbul edib. Belə ki, məhkəmə Rusiyanın Beynəlxalq Paralimpiya Komitəsinin qərarından şikayətini rədd edib.
Publika.az xəbər verir ki, Rusiya idmançılarının Rio-2016 Paralimpiya Oyunlarına əldə etdikləri 267 lisenziya digər ölkələr arasında bölünüb.
Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov bildirib ki, ötən gün Beynəlxalq Paralimpiya Komitəsindən onlara rəsmi məlumat daxil olub və Paralimpiyaçılarımız Rio-ya əlavə 3 lisenziya qazanıb. Komitə rəhbərinin sözlərinə görə bunlar cüdo idman növündə Afaq Sultanova və Ramin Əliyev, atletikada Hüseyn Hüseynovdur.
Afaq Sultanova London Paralimpiya Oyunlarının qızıl mükafatçısıdır.
Xatırladaq ki, Rio-2016 paralimpiya oyunlarına 27 paralimpiyaçımız, 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!