Kravçuk Krımı Rusiyaya verdi – ŞOK BƏYANAT
Bizi izləyin

Dünya

Kravçuk Krımı Rusiyaya verdi – ŞOK BƏYANAT

Ukraynanın birinci prezidenti Leonid Kravçuk Krımı Rusiyanın bir hissəsi kimi tanıyıb.

Publika.az xəbər verir ki, keçmiş prezident bu haqda UNN agentliyinə müsahibəsində deyib.

“Krımı öz orbitinə cəlb etdilər, o artıq Rusiya federal sisteminin bir hissəsidir. Krım artıq faktiki olaraq Rusiyadır”, - Kravçuk vurğulayıb.

O, əlavə edib ki, yarımadanın Ukraynanın tərkibinə qayıdışı üçün uzun müddət gözləmək lazım olacaq. Keçmiş dövlət başçısının sözlərinə görə, Kiyev Donbası nəzarəti altına mütləq qaytaracaq.

Kravçuk avqustun 22-də bildirib ki, əgər Kremldə kiminsə ağlına Ukraynanı özünü tabe etdirmək ideyası gələrsə, bu, Rusiyanın sonunu gətirə bilər.

Qeyd edək ki, Kravçuk 1991-ci ildən 1994-cü ilə qədər dövlət başçısı postunu tutub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm