Övladını itirən aktrisa başını götürüb getdi – FOTOLAR
Bizi izləyin

Magazin1

Övladını itirən aktrisa başını götürüb getdi – FOTOLAR

Bu günlərdə ağır əməliyyat keçirən Yuğ teatarının aktrisası, eyni zamanda aparıcı kimi fəaliyyət göstərən Zümrüd Qasımova dincəlmək üçün Qusara gedib.

Publika.az xəbər verir ki, aktrisa doğulub boya-başa çatdığı Qusarda istirahət zamanı çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşıb. Ölümdən dönən aktrisa belə yazıb: “Yaşamaq gözəldir”.

Qeyd edək ki, uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa hamilə olsa da, analıq səadətindən məhrum olub. Həkimlər xərçəng xəstəliyininin irəliləməməsi üçün bətnindəki körpəni tələf etməli olub.

Z.Qasımovanın sonuncu iş yeri “Xəzər” telekanalında “Yeri gəlmişkən” verilişi olub. O, sentyabrdan fəaliyyətini Region TV-də davam etdirəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm