Diqqət! Şifrələrinizi dəyişdirin
Bizi izləyin

Texnoloji

Diqqət! Şifrələrinizi dəyişdirin

Diqqət! Şifrələrinizi dəyişdirin
Ötən gün İngiltərənin nüfuzlu qəzeti olan "Daily Mirror" 1-ci səhifəsində məhz bu mövzuya toxunub

Sosial şəbəkə saytları istifadəçilərinə xəbərdarlıq edib.


Anspress-in xəbərinə görə, "Google", "Yahoo", "Amazon" və "Facebook" istifadəçilərini təcili surətdə şifrələrini (parol) dəyişdirməyə çağırıb.


"Google" bəzi təşkilatlara xəbərdarlıq edib və istifadə etdikləri OpenSSL-lərini yeniləmələrini istəyib. "Yahoo" da şifrələrini dəyişdirmələri üçün e-mail, sənədləşmə, bank əməliyyatları həyata keçirən yüksək təhlükəsizlik təşkilatlarına xəbərdarlıq göndərib.

Ötən gün İngiltərənin nüfuzlu qəzeti olan "Daily Mirror" 1-ci səhifəsində məhz bu mövzuya toxunub. Xüsusi önəm verilən həmin xəbərdə internet istifadəçilərinin sarsıldığı və "Heartbleed" virusunun "Google", "Yahoo", "Amazon" və "Facebook" kimi nəhəng saytlarda şəxsi məlumatlar vasitəsilə zərər verə biləcəyi açıqlanıb.


Veb mütəxəssis Toni MakDouell də internet istifadəçilərinin bu yolla hak edilə biləcəyini, dinlənə biləcəyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm