Lənkəranda narkotik satan 2 nəfər tutulub
Bizi izləyin

Hadisə

Lənkəranda narkotik satan 2 nəfər tutulub

Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

"Report"un Cənub bürosu xəbər verir ki, bu, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.

Saxlanılanlar Lənkəran şəhər sakini, M.F.Axundov küçəsi, ev 24-də yaşayan 43 yaşlı Əliyev Şamil Muradxan oğlu və Kərgəlan kənd sakini, 31 yaşlı Abbasov Siyavuş Zakir oğludur.

Əməliyyat tədbirləri zamanı S.Abbasovun idarə etdiyi "VAZ-2107" markalı, "90-ZB-670" dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirərkən oradan selofan torbaya bükülmüş 40 ədəd kibrit qutusunun içərisində cəmi 150 qr. narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

S.Abbasovun yaşadığı Kərgəlan kəndindəki evinə baxış zamanı isə daha 1 kq 260 qr. marixuana aşkarlanaraq, maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, aşkar edilən, ümumi çəkisi 1kq 400qr.-dan çox olan marixuananı S.Abbasov əvvəlcədən əlbir olaraq Ş.Əliyevin yaşadığı Kərgəlan kəndindəki həyətyanı sahəsində əkib-becəriblər.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm