Qırmızı.az
Lənkəranskinin istintaqında YENİLİK - 2 nəfər həbs edildi
Avqustun 18-də İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qətli üzrə aparılan istintaq zamanı şahidlər dindirilib.
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, R. Lənkəranskinin qətlə yetirildiyi avtomobili idarə edən iş adamı Tahir C. şahid qismində polisə çağırılıb. Dindirmədən sonra onun barəsində həbs qərarı verilib. R. Lənkəranskinin oteldə Tahir C. ilə görüşdüyü müəyyənləşib. Həmin toplantıda Lənkəranskinin yaxın adamları sayılan azərbaycanlı Hacıbaba T., A.N. və Z.İ. də iştirak ediblər. Onlar da şahid qismində polisə dəvət olunub.
Dindirilmə vaxtı Hacıbaba T-nin şübhəli şəxs kimi axtarışda olduğu, onun 2013-cü il avqustun 18-də İstanbulda öldürülən azərbaycanlı iş adamı Əli Həmidovun qətlində iştirak etdiyi ortaya çıxıb. Beləliklə, o da saxlanılıb. Hacıbaba T.-nin Rusiyada törədilən 5 qətl hadisəsinin də iştirakçısı olduğu müəyyənləşib.
Ə. Həmidovun qətlinin sifarişinin Lənkəranskinin verdiyi bildirilir.
Lənkəranskinin qətlində daha əvvəl şübhəli şəxs kimi saxlanılan və kriminal aləmin üzvü olduqları bildirilən Laşi Ş, Yuri P, Vasili H. və Nadir S. adlı şəxslərlə bağlı araşdırmalar davam etdirilir.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü