Avropa Liqası: Gözümüz Bakıda, qulağımız Mariborda (YENİLƏNİR)
Bizi izləyin

İdman

Avropa Liqası: Gözümüz Bakıda, qulağımız Mariborda (YENİLƏNİR)

Bu gün "Qarabağ" və "Qəbələ" klubları Avropa Liqasının pley-off mərhələsində cavab oyunlarını keçirəcək.

Publika.az xəbər verir ki, "Qarabağ" Bakıda, "Qəbələ" isə Sloveniyada mübarizə aparacaq.

İsveçdə keçirilmiş ilk görüşdə "Göteborq"a minimal hesabla məğlub olan "Qarabağ" adını qrup mərhələsinə yazdırmaq üçün ən azı qapısından qol buraxmamaqla 2 top vurmalıdır. Evdə qol buraxmaq Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın işini daha da çətinə salacaq.

"Qəbələ" isə "Maribor"la oyuna üstün tərəf kimi çıxacaq. Bakıda baş tutmuş ilk görüşdə 3:1 hesablı qələbə qazanan Roman Qriqorçukun rəhbərlik etdiyi komanda heç-heçə və bir top fərqi ilə məğlub olsa belə, adını ardıcıl ikinci mövsüm Avropa Liqasının qrupuna yazdıracaq.

Avropa Liqası. Pley-off mərhələsi, cavab oyunları

20:30 Qarabağ (Azərbaycan) - Göteborq (İsveç)

Baş hakim: Vladislav Bezborodov

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 0:1

22:15 Maribor (Sloveniya) - Qəbələ (Azərbaycan)

Baş hakim: Viktor Kaşşai

Maribor. "Lyusdki Vrt" srtadionu

İlk oyun - 1:3

Oxumağa davam et
Reklam
Reklam

Gündəm