Elnarə rəfiqəsi Samiraya nələr yazdı? - FOTOLAR
Bizi izləyin

Magazin1

Elnarə rəfiqəsi Samiraya nələr yazdı? - FOTOLAR

Bu gün müğənni Samiranın doğum günüdür.

Publika.az xəbər verir ki, sənətçinin rəfiqəsi Elnarə Xəlilova sosial şəbəkədə onu təbrik edərək xoş sözlər yazıb:

“Əziz dostum, doğum günü münasibəti ilə səni təbrik edirəm. Səni tanıdığıma görə çox şadam. Deyir dostunu göstər, deyim sən kimsən. Dostum da maşallah, imanlı, gözəl ailə başçısı, gözəl bacı, yaradıcı insan - bir sözlə, hərtərəfli biridir. Çox adam sənin yeində olmaq istərdi. Səndə olanları o qədər arzulayanlar var ki... Allah sənə hər pay verib. İnsana başqa nə lazımdır ki, ona görə də sən xoşbəxtsən”.

Qeyd edək ki, Samira İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. 1992-ci ildə ilk dəfə 7-17 yarışmasında iştirak edib. 1994-cü ildə isə peşəkar səhnəyə Vaqif Gərayzadənin dəstəyi ilə çıxıb. 2002-ci ildə işıq üzü görən “Qayıtdı Xəyallar” adlı ilk albomu çox böyük uğur qazanmışdı. Eyni adlı mahnının Elşad Xose ilə dueti dinləyicilər tərəfindən çox rəğbətlə qarşılanıb. İlk klipi də 2002-ci ildə “Səni tapdım” adlı mahnıya çəkilmişdir.

39 yaşını tamamlayan Samira iki övlad anasıdır. Oğlu Əli bu il ali məkəbə daxil oldu. Qızının isə üç yaşı var.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm