Əfsanələrin yeni ünvanları - FOTOLAR
Bizi izləyin

İdman

Əfsanələrin yeni ünvanları - FOTOLAR

Futbol tarixində istər oyunu, istərsə də baş məqşçiliyi ilə əfsanələşənlər bir müddət sonra kölgəyə çəkilir. Ancaq sadiq futbol azarkeşləri üçün onların nə iş gördüyü həmişə maraqlıdır.

Publika.az futbol əfsanələrinin hazırki ünvanlarını təqdim edir.

Fernando Yerro: “Real”ın əfsanəsi İspaniyanın 2-ci liqasında “Ovyedo”nu çalışdırır.

Şota Arveladze: “Trabzonspor” macərasından sonra İsrailə yollandı, Təl-Əviv “Makkabi”sini çalışdırır.

Sergey Rebrov: 3 ildir Kiyev “Dinamo”sunun başındadır.

George Haci: Əfsanəvi “Karpat Maradonası” Rumıniyada “Vitorul Konstanta” klubunun həm prezidenti, həm də baş məşqçisidir.

Yap Stam: Dünya futbolunun tarixində ən yaxşı müdafiəçilərdən olan Stam İngiltərə Çempionşipində “Ridinq”i çalışdırır.

Cimm-Floyd Hasselbeynk: O da Stam kimi Çempionşipdə KPR-in baş başındadır.

Ole-Qunnar Sulşer: “Mançester Yunayted”in əfsanəvi “coker”i Norveçdə “Molde”nin baş məşqçisidir.

Roberto Di Matteo: “Çelsi”də köməkçi-məşqçi işləyərkən gözlənilmədən istefaya göndərilən Villaş-Boaşın yerinə təyin olundu. Həmin mövsüm Çempionlar Liqasını qazanmaqla tarixə düşən Di Matteo “Şalke”yə baş məşqçi getdi. Hazırda isə “Aston Villa”dadır.

Luis Felipe Skolari: DÇ-2002-də Braziliyanı dünya çempionluğuna daşıyan “Böyük Fil” hazırda Çin liqasında “Quançjou Everqrand”ın uğurları üçün baş sındırır.

Patrik Vieyra: Futboçu kimi adını əfsanələrin siyahısına yazdıran Vieyra futbol həyatını baş məşqçi kimi “Nyu York Siti”də davam etdirir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm