Gözəllik
Ayaqların yorğunluğu çıxaran sadə və effektli üsul
Gərgin iş günündən sonra, eləcə də ictimai nəqliyyatdan istifadə edənlər tez-tez ayaqların yorğunluğundan şikayət edir.
Publika.az xəbər verir ki, türkiyəli kosmetoloq Suna Dumankaya ayaqların yorğunluğu aradan qaldırmağın və dərini hamarlaşdırmağın sadə üsulunu təklif edib.
- Üz dərisinin hamar olması nə etməli?
- 1 miqdar saf zeytun yağını isti su və 4 damcı limon suyu ilə qarışdırın. Üzünüzü masajdan əvvəl ilıq su ilə yaxalayın. Sonra üzünüzü bu maska ilə yüngül masaj edin və bir müddət gözləyin. 10 dəqiqədən sonra sabun istifadə etmədən üzünüzü yenidən ilıq su ilə yuyun. Bu proseduradan sonra üzünüz təravətli, yumşaq və hamar olacaq.
- Gərgin iş günündən sonra ayaq yorğunluğunu aradan qaldırmaq üçün nə etməli?
- 1 xörək qaşığı nanə yağını, 1 kiçik kasa dəniz duzu və 4 yemək qaşığı küncüt yağı ilə qarışdırın. Alınan məhlulu isti su ilə dolu ləyənə tökün. Su ilə məhlulu yaxşıca qarışdırın. Ayaqları topuğa qədər suyun içinə salıb yarım saat gözləyin. Ayaqları sildikdən sonra bir limonun suyu ilə ovun.
- Bədənin yumşaq və nəmli qalması üçün nə etməliyik?
- Əgər dəriniz çox quruyursa, bu, onun yağa ehtiyacı olduğunu göstərir. 1 xörək qaşığı küncüt yağı, 1 xörək qaşığı badam yağı, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı soya yağı və 1 çay qaşığı jasmin yağını yaxşıca qarışdırın. Hazırlanmış bu qarışığı hamama girməzdən əvvəl bədəninizə masaj edərək sürtün. Yağlar sayəsində dərinin nəmi tədricən özünə gələcək.
Aytən
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!