Nida.az
PA rəsmisi Gülən şəbəkəsindən DANIŞDI
Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov 30 aprel 2009-cu ildə "Gülüstan" sarayında Fətullah Gülən şəbəkəsinin əsas təşkilatlarından biri olan "Dialoq Avrasiya Platforması" (DAP) və eyni təyinatlı "Dialoq Avrasiya" jurnalının Azərbaycanda 10-cu ildönümü münasibətilə "İslam mədəniyyəti və müasir dünyada dialoq" mövzusunda keçirdiyi tədbirdəki fəaliyyətini ciddi tənqid edib.
Publika.az xəbər verir ki, PA rəsmisi B.Həsənov bu gün Mətbuat Şurasında keçirilən "Dini radikalizmə qarşı medianın rolu: Media və radikal dini cərəyanlar" mövzusunda "dəyirmi masa"-da çıxışı zamanı deyib ki, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Gülən şəbəkəsinin qeyri-səmimi niyyətlərini hələ 2009-cu ildə ifşa edib:
"Hələ 2009-cu ildə "Dialoq Avrasiya" təşkilatının Bakıda təşkil etdiyi tədbirdə hörmətli Əli müəllim Həsənov Fətullah Gülən tərəfdarlarının fəaliyyətinə toxunaraq, onların düzgün yolda olmadığını söyləyib. Həmin tədbirdə əgər iki ölkə arasında dialoqdan söhbət gedirdisə, ilk növbədə bu dövlətlərin qurucuları olan Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin portretlərini tədbir keçirilən məkanda asılmalı və iki ölkə xalqının münasibətlərini qabartmaq lazım idi. O zaman hörmətli Əli müəllim Azərbaycan dövlətinin rəsmi mövqeyini bəyan etmişdi. Hesab edirəm ki, bu cür zərəli dini meyillərə qarşı media da ayıq-sayıq olmaldır".
Vasif Həsənli
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO