Rusiyanın ən zəngin ailələri - SİYAHI
Bizi izləyin

Dünya

Rusiyanın ən zəngin ailələri - SİYAHI

“Forbes” jurnalının Rusiya versiyası ölkənin ən zəngin ailələrinin reytinqini açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıya BİN şirkətlər qrupunun sahibi Mixail Qutseriyev başçılıq edir.

Onun sərvəti 9,8 milyard dollar qiymətləndirilir və bir il ərzində 2,5 dəfə artıb. Qeyd edilir ki, kiçik qardaşı Sait-Salama və qardaşı oğlu Mixail Şişxanov onun biznesində paya sahibdir.

İkinci yerdə “Stroyqazmontaj” şirkətinin başçısı Arkadi Rotenberqin ailəsidir. Onun sərvəti 2,8 milyard dollar təşkil edir. Eyni sərvəti Aleksey və Dmitri Ananyev qardaşları da qazanmağı bacarıblar.

Dördüncü yerdə 2,4 milyard dollarla Nikolay Şamalovun ailəsidir. O, ilk dəfə bu siyahıya düşüb. 1,7 milyard dollarla Radik və Ayrat Şaymiyev ailəsi liderlərin ilk beşliyini tamamlayır.

Altıncı yerdə Sergey və Nikolay Sarkisov qardaşları (1,4 milyard dollar), yeddinci yerdə Bajayev ailəsi (1,25 milyard dollar), səkkizinci yerdə Rahimkulov ailəsi (1,2 milyard dollar), doqquzuncu yerdə Məhəmməd və Ziyaudin Məhəmmədov qardaşları (1,15 milyard dollar) tutur. İlk onluğu Musoyev ailəsi (950 milyon dollar) tamamlayır.

“Forbes” may ayında Rusiya milyarderlərinin varislərinin reytinqini təşkil edib. Jurnalın versiyasına görə, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusif ən zəngin varisdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm