Olimpiya medalçılarına "BMW" hədiyyə olundu - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

İdman

Olimpiya medalçılarına "BMW" hədiyyə olundu - FOTOLAR (YENİLƏNİB)

Publika.az xəbər verir ki, Rio 2016 Olimpiya Oyunlarında medal qazanan rus atletlər lüks avtomobillərlə mükafatlandırılıb.

Rusiya baş naziri Dimitri Medvedevin də iştirak etdiyi mərasimdə oyunlarda mükafatlanma kürsüsünə çıxan yüzdən çox rus atletə BMW markalı avtomobillərin açarları təqdim edilib.

Avtomobillə yanaşı idmançılara təxminən 60 min avroluq pul mükafatı da verilib.

***

Rusiya milli komandasının heyətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qalib və mükafatçı olan idmançılar təkcə pul mükafatları almayacaqlar.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qonşu ölkə medalçılarının hamısına ağ "BMW" hədiyyə olunacaq.

Olimpiya çempionları "BMW X6", vitse-çempionlar "BMW X5", bürünc medalçılar isə "BMW X3" alacaqlar.

Qeyd edək ki, "Rio-2016"da Rusiya yığması 19 qızıl, 18 gümüş və 19 bürünc medalla ümumi komanda hesabında 4-cü yeri tutub.

Pərviz

Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm