Aynur Camalqızı: "Ən effektiv mübarizə üsulu maarifləndirmə və keyfiyyətli təhsildir"
Bizi izləyin

Nida.az

Aynur Camalqızı: "Ən effektiv mübarizə üsulu maarifləndirmə və keyfiyyətli təhsildir"

"Gülən şəbəkəsi və digər bu kimi radikal dini cərəyanlara qarşı ən effektiv mübarizə üsulu dini maarifləndirmə və təhsil sistemimizin keyfiyyətcə daha da yaxşılaşdırılmasıdır".

Publika.az xəbər verir ki, bunu "Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı "Dini radikalizmə qarşı medianın rolu: Media və radikal dini cərəyanlar" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Aynur Camalqızı bildirib ki, Fətullah Gülən hərəkatı insanları öz tərəfinə çəkmək üçün çox incə bir üsuldan – təhsildən istifadə edir: "Azərbaycana və başqa ölkələrə onlar məhz məktəblər açmaqla öz "toxum"larını səpiblər. Hətta Afrika ölkələrinədək gedib çıxıblar. Bu o deməkdir ki, təhsil böyük gücdür, bünövrədir, təməldir və əgər biz nurçulara qarşı effektiv mübarizə aparmaq istəyiriksə, onların ölkəmiz üçün təhdidə çevrilməsinin qarşısını almaq istəyiriksə, öz təhsilimizi gücləndirməliyik. Azərbaycanın öz məktəbləri səviyyəcə, keyfiyyətcə yenilənməlidir, şöhrətlənməlidir. Sirr deyil ki, Gülən məktəblərində keyfiyyətli tədris mövcuddur və onlar bununla rahat şəkildə insanların rəğbətini qazana bilirlər. Bu məsələdə onlara uduzmaq olmaz".

O, belə tədbirlərin, görüşlərin Təhsil Nazirliyinin rəhbərləri ilə təşkil edilməsinin önəmini qeyd edib:

"Çox yaxşı haldır ki, bu gün keçirilən tədbirdə Prezident Administrasiyası, Dini Komitənin də rəsmi nümayəndələri iştirak edir. Ancaq yaxşı olar ki, gələcəkdə belə görüşlər Təhsil Nazirliyi rəhbərliyi ilə də təşkil olunsun. Biz təhsil sahəsində ciddi islahatlar aparmalıyıq, Azərbaycan təhsili mütləq güclənməli və dünyaya inteqrasiya edilməlidir. Əgər bu gün müəllim şagirddən rüşvət alırsa, şübhəsiz ki, həmin şagird başqa istiqamətə yönələcək. Bunun üçün də təhsildə bir sıra islahatlar aparılmalıdır. Əgər Azərbaycan təhsili müəyyən üstün səviyyəyə çatdırılsa, biz belə hallara qarşı daha effektiv mübarizə apara bilərik. Ümumiyyətlə, radikal təriqətlərə qarşı ən effektiv mübarizə üsulu yüksək təhsil sisteminin formalaşdırılmasıdır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm