Kılıçdaroğlu ona edilən sui-qəsd cəhdindən DANIŞDI - VİDEO
Bizi izləyin

Dünya

Kılıçdaroğlu ona edilən sui-qəsd cəhdindən DANIŞDI - VİDEO

Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanının polislə terrorçular arasındakı atışmanın ortasında qalmasına münasibət bildirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, K.Kılıçdaroğlu hazırda təhlükəsiz şəraitdə olduğunu söyləyib:

“Hazırda mənim üçün heç bir problem yoxdur. Silahlı insident yaşanan bölgədən artıq çıxarıblar. Çox təəssüf ki, qarşıdurma gedən əraziyə düşdük və xoşagəlməz anlar yaşadıq. Ancaq təhlükəsizlik qüvvələri intensiv tədbirlər görərək, bizi atəş ərazisindən çıxardılar. Mənim və heyətim üçün artıq problem yoxdur. Ümid edirəm ki, təhlükəsizlik qüvvələri üçün də problem olmayacaq”.

K.Kılıçdaroğlu qeyd edib ki, bu hadisə nəticəsində bir nəfər Türkiyə vətəndaşı şəhid olub:

“Allah şəhidimizə rəhmət etsin. Allahın verdiyi bir canımız var. O da bu məmləkətimiz üçün fəda olsun. Heç bir terrorçu bizi yolumuzdan çəkindirə bilməz”.

CHP-nin mətbuat müşaviri Okan Konuralp isə bildirib ki, PKK terrorçuları Kamal Kılıçdaroğlunun avtomobil karvanını raketlə vurmaq istəyib:

“Ancaq Kamal Kılıçdaroğlunun mühafizəçilərindən biri bunu anlayıb və terrorçunu vuraraq, faciənin qarşısını alıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm