Sabah Abşeronun bəzi yerlərində qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

Sabah Abşeronun bəzi yerlərində qaz olmayacaq

Avqustun 26-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Sumqayıt”, “Yaşma” və “Giləzi” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Publika.az xəbər verir ki, təmir müddətində Abşeron rayonunun Yaşma bağ massivi və Tağıyev qəsəbəsinin, Siyəzən rayonunun Beştam, Qara Siyəzən, Zarat və Çandahar, Xızı rayonun Şurabad, Yeni Yaşma və Sitalçay kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm